Modern.az

Moldovada yerli seçkilərin ikinci turu BAŞLADI

Moldovada yerli seçkilərin ikinci turu BAŞLADI

Dünya

19 Noyabr 2023, 09:34

Moldovada yerli hakimiyyət orqanlarına ümumi seçkilərin ikinci turu başlayıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, noyabrın 5-də keçirilən səsvermə zamanı qalibi müəyyən etmək mümkün olmayan ölkənin 273 yaşayış məntəqəsində yerli vaxtla saat 07:00-da seçki məntəqələri açılıb.

 

Onların arasında Balti, Edinet, Komrat və Ungheni kimi böyük şəhərlər var.

 

Yerli qanunlara görə, ikinci turda mer seçkisinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Seçkilərin baş tutmuş hesab edilməsi üçün ayrı-ayrı seçki dairələri üzrə seçicilərin fəallığı seçici siyahılarına daxil edilmişlərin beşdə birindən çox olmalıdır.

 

Səsverməni 400-ə yaxın xarici müşahidəçi izləyəcək.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək