Modern.az

31 körpə Əl-Şifa xəstəxanasından təxliyə edildi

31 körpə Əl-Şifa xəstəxanasından təxliyə edildi

Dünya

19 Noyabr 2023, 16:42

Qəzza zolağının şimalındakı Əl-Şifa xəstəxanasından ən azı 31 körpə təxliyə edilib.

 

Modern.az xəbər verir ki, məlumatı Al Arabiya telekanalına müsahibəsində anklavın Səhiyyə Nazirliyinin xəstəxanaların baş idarəsinin rəhbəri Məhəmməd Zakut təsdiqləyib.

 

Onun sözlərinə görə, söhbət vaxtından əvvəl doğulan körpələrdən gedir.

 

Təxliyəni konkret kimin həyata keçirməsi və uşaqların hara aparılacağı barədə hələlik məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək