Modern.az

Erməni jurnalisti öldürənə yeni İTTİHAM

Erməni jurnalisti öldürənə yeni İTTİHAM

Dünya

19 Noyabr 2023, 21:16

Türkiyənin erməni dilində fəaliyyət göstərən “Agos” qəzetinin baş redaktoru Hrant Dinki öldürən Ogün Samasta yeni ittiham irəli sürülüb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, bir neçə gün əvvəl şərti azadlığa çıxan Samast “Silahlı terror təşkilatı adına cinayət törətmək”də ittiham edilib.

 

Onun 7 il 6 aydan 12 ilə qədər həbs cəzası istənilib.

 

19 yanvar 2007-ci ildə İstanbulda jurnalisti qətlə yetirən şəxsin yeni məhkəməsinin nə vaxt olacağı hələlik məlum deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək