Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı İranın təşəbbüsü ilə baş tutub. Tərəflər İsrail və HƏMAS arasındakı döyüşləri müzakirə ediblər.
“Qəzza zolağında davam edən silahlı qarşıdurma ilə bağlı ümumi narahatlıq ifadə olunub. Tezliklə atəşkəs və zərər çəkmiş mülki əhaliyə təcili yardımın göstərilməsinin zəruriliyi vurğulanıb”, - Rusiya XİN-in mətbuat xidməti bildirib.
İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti isə bəyan edib vəki, Hüseyn Əmir Abdullahian Rusiyanın Yaxın Şərqdə sülh və təhlükəsizliyin əldə olunmasında daha fəal rol oynamalı olduğunu vurğulayıb. Tərəflər Qəzza zolağının mülki əhalisinə yardımın göstərilməsi məsələsini də müzakirə ediblər.