Modern.az

Argentinanın yeni prezidenti SEÇİLDİ

Argentinanın yeni prezidenti SEÇİLDİ

Dünya

20 Noyabr 2023, 08:00

Liberal siyasətçi Xavyer Miley Argentinada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib. 

 

Modern.az xəbər verir ki, hakim partiyanın namizədi, iqtisadiyyat naziri Sergio Massa məğlub olduğunu etiraf edib.

 

Seçkilərin rəsmi nəticələri hələ açıqlanmayıb. Protokolların 88,12%-i hesablanıb və bu nəticələrə görə Milley 55,91% səslə liderdir. Seçkilərdə 76,39 faiz iştirak edib.

 

"Miley Argentinalıların əksəriyyətinin növbəti dörd il üçün seçdiyi prezidentdir", - deyə Massa bildirib.

 

Xavyer Miley 2023-cü ilin yayında keçirilən praymerizdə qalib gəlib. Seçki yarışı zamanı siyasətçi Argentina pesosu əvəzinə ABŞ dollarının milli valyutaya çevrilməsini, həmçinin Mərkəzi Bankın bağlanmasını təklif edib. Miley Rusiya, Braziliya və Çinin siyasəti ilə razılaşmadığı üçün bu dövlətlərlə münasibətləri inkişaf etdirmək istəmir. O, ABŞ və İsraili prioritet müttəfiqlər hesab edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək