Modern.az

İlqar Məmmədov yenidən sədr seçildi

İlqar Məmmədov yenidən sədr seçildi

Dünya

20 Noyabr 2023, 11:08

İlqar Məmmədov Respublikaçı Alternativ (REAL) partiyasının Siyasi Komitəsinin sədri seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.

 

Siyasətçi qeyd edib ki, partiyada tutduğu vəzifə "Siyasi Komitənin sədri" adlandırılacaq.

 

"Bundan başqa, 3 il əvvəl qəbul olunan keçmiş Nizamnamədə partiya liderinin maksimum səlahiyyət müddəti üst-üstə 8 il nəzərdə tutulmuşdu. 3 ilin artıq keçdiyini nəzərə alaraq, "əvvəllər partiya sədri olmuş şəxs" üçün müddət məhdudiyyətini yeni Nizamnaməyə "5 il" kimi yazdıq. Yoxsa sonra deyəcəkdilər qanunun təzələnməsindən istifadə edib bunlar öz müddətlərini sıfırladılar. Beləliklə, arada fasilələr olmasa, səlahiyyət müddətim 2028-ci ildə bitir", - o bildirib.

 

Məlumata görə, iqtisadçı Natiq Cəfərli partiyanın icra katibi təyin olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək