Modern.az

ABŞ-İran danışıqları Cenevrədə keçirilə bilər

ABŞ-İran danışıqları Cenevrədə keçirilə bilər

Dünya

Bu gün, 10:54

ABŞ-İran danışıqlarının növbəti raundu Cenevrədə və ya İslamabadda keçirilə bilər.

Modern.az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi mənbələrə istinadən yazıb.

Məlumata görə, tərəflər növbəti görüşün Pakistanın paytaxtında keçirilməsi imkanını müzakirə edirlər. Eyni zamanda, ABŞ administrasiyasının rəsmiləri Cenevrə şəhərini də mümkün görüş yeri kimi göstərirlər.

Bildirilir ki, hələlik İran və ABŞ nümayəndələrinin görüşünün vaxtı və yeri dəqiq müəyyənləşdirilməyib. Bununla belə, danışıqların yeni raundunun artıq aprelin 16-da baş tutma ehtimalı var.

Aprelin 11-də İslamabad şəhərində İran və ABŞ arasında bir neçə raund danışıqlar keçirilib. İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident J. D. Vens rəhbərlik edib.

Daha sonra həm Tehran, həm də Vaşinqton bəyan edib ki, tərəflər mövcud fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. Növbəti mümkün danışıqlar raundunun detalları isə hələlik açıqlanmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi