Qardabanidə baş verən yol qəzasında ölənlərin sayı yeddi nəfərə çatıb, daha bir nəfər yaralanıb və vəziyyəti ağırdır.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, qəza bu gün Qardabani rayonunun Birlik kəndində baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə, yəni ölümlə nəticələnən təhlükəsizlik və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı araşdırma başlanıb.
Məlumata görə, nəqliyyat vasitəsində səkkiz nəfər olub.
***
12:10
Gürcüstanın Qardabani rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında Qardabaninin Birlik kəndində qeydə alınıb.
Məlumata görə, yüksək sürətlə hərəkət edən “BMW” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində 5 nəfər həyatını itirib, daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həlak olanların və yaralının Qardabani rayonu sakinləri olduğu bildirilir.
Hadisənin təfərrüatlarının araşdırıldığı qeyd olunur.