Modern.az

Rəsmi Bakının icazəsi ilə İrəvanda tədbir keçiriləcək  

Rəsmi Bakının icazəsi ilə İrəvanda tədbir keçiriləcək  

Dünya

Bu gün, 11:31

Ermənistan hökuməti COP17 iştirakçıları üçün viza rejimini müvəqqəti sadələşdirməyə hazırlaşır.

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı qərar layihəsi hazırlanıb.

Layihəyə əsasən, COP17 konfransı çərçivəsində müəyyən ölkələrin nümayəndələri Ermənistana giriş vizalarını E-VISA sistemi vasitəsilə də rəsmiləşdirə biləcəklər.

Məlumata görə, yeni mexanizmin beynəlxalq tədbir iştirakçılarının ölkəyə giriş prosedurlarını sürətləndirməsi və sadələşdirməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ermənistan COP17  18-30 oktyabr tarixlərində keçiriləcək. BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci (COP17) sammitinə rəsmi İrəvan Azərbaycan nümayəndə heyətini də rəsmi olaraq qəbul etməyə hazır olduğunu bəyan edib.

Xatırladaq ki, Ermənistanın COP17-yə ev sahibliyi etməsi qərarı beynəlxalq konsensus və üzv dövlətlərin dəstəyi əsasında qəbul olunub. Ermənistanın COP17-yə ev sahibliyinə Azərbaycan tərəfi etiraz etməyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?