Modern.az

Üç elektron pul təşkilatının lisenziyası ləğv edildi

Üç elektron pul təşkilatının lisenziyası ləğv edildi

İqtisadiyyat

Bu gün, 12:53

Azərbaycan Mərkəzi Bankı (AMB) üç elektron pul təşkilatının lisenziyasını ləğv edib.

Modern.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Qeyd edilib ki, Mərkəzi Bankın İdarə Heyətinin 13 may 2026-cı il tarixli 22 nömrəli protokolu ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən “Azvvallet” Məhdud Məsuliyyətli Cəmiyyətinə 09 aprel 2025-ci il tarixli EPT-019 nömrəli, “Greentek Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə 18 sentyabr 2024-cü il tarixli EPT-013 nömrəli, “Guavapay” Məhdud Məsuliyyətli Cəmiyyətinə 09 aprel 2025-ci il tarixli EPT-018 nömrəli elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar ləğv edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?