Modern.az

Rusiya vətəndaşları Ermənistanda həbs oluna bilər

Rusiya vətəndaşları Ermənistanda həbs oluna bilər

Dünya

Bu gün, 11:58

Rusiya Xarici İşlər Nazirliyi vətəndaşlarını xaricə səfər zamanı mümkün saxlanılma və ABŞ-yə ekstradisiya riskləri ilə bağlı xəbərdar edib.

Modern.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə müsahibəsində Rusiya XİN-in İnsan Hüquqları üzrə Çoxtərəfli Əməkdaşlıq Departamentinin direktoru Qriqori Lukyantsev danışıb.

Onun sözlərinə görə, təkcə Avropa İttifaqına daxil olan ölkələrdə deyil, daha geniş coğrafiyada bir sıra dövlətlərin ekstradisiya ilə bağlı öhdəlikləri mövcuddur və xaricə səfər edən şəxslər bu riskləri nəzərə almalıdırlar.

Diplomat vurğulayıb ki, Rusiya XİN vətəndaşların hansı ölkəyə gedib-getməməsini müəyyən etmir. Nazirlik yalnız ABŞ və ya Avropa hakimiyyət orqanları ilə problemlə üzləşə biləcəyini düşünən şəxslərə müəyyən ölkələrə səfər etməməyi tövsiyə edə bilər.

Rusiya XİN-in yaydığı məlumata əsasən, ABŞ-nin sorğuları əsasında Rusiya vətəndaşlarının saxlanılması riskinin yüksək olduğu ölkələr sırasında Avropanın böyük hissəsi, Latın Amerikası ölkələri, həmçinin Avstraliya, Kanada, Ermənistan, İsrail, Maldiv adaları, Cənubi Koreya, Sinqapur, Tailand, Fici, Şri-Lanka, Liberiya və Mərakeş yer alır.

Nazirlik qeyd edib ki, siyahı ABŞ ilə ekstradisiya sazişi olan bütün ölkələri tam əhatə etmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?