Modern.az

Yaşlı insana yer verməyən gənc irada kobud reaksiya verir

Yaşlı insana yer verməyən gənc irada kobud reaksiya verir

Aktual

Bu gün, 12:38

İctimai nəqliyyatda yaşlı insana yer verməyən gəncə bir nəfər irad bildirəndə qarşı tərəf kobud reaksiya verə bilər. Amma bir qrup tələbə birlikdə buna münasibət bildirsə, oradakı insanlar da onları dəstəkləyər. 

Modern.az xəbər verir ki, bunu Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə dəyərləri” mövzusunda keçirlən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib. 

O qeyd edib ki, bu isə cəmiyyətdə ciddi təsir yaradar və insanların şüurunda iz buraxar. Deməli, biz nəsə etməliyik.

“Orta məktəblərdə valideyn-müəllim birlikləri fəaliyyət göstərir. Amma baxmaq lazımdır ki, onlar nə dərəcədə effektivdir. Əgər tələbələr bu birliklərlə görüşüb bugünkü məruzələri onların qarşısında təqdim etsələr, valideynlər də anlayar ki, ana və ata kimi üzərlərinə düşən məsuliyyət nədir”.

Sədr müavini diqqətə çatdırıb ki, müəllim yalnız dərsini deyib çıxmamalıdır:

“O, sinfində nə baş verdiyini bilməli, hər şagirdin vəziyyəti ilə maraqlanmalıdır. Bu gün dərsdən yayınan çoxlu uşaqlar var. Müəllimdə vətəndaşlıq ruhu və məsuliyyəti olmalıdır ki, sinfində baş verənlərə biganə qalmasın”.

S.Qəhrəmanova onu da əlavə edib ki, bu gün məişət zorakılığı ilə bağlı qanunlar mövcuddur və problemin qarşısını almaq üçün tədbirlər görülür:

“Boşanma prosesləri çox vaxt böyük qarşıdurmaya çevrilir, iki nəslin müharibəsi kimi yaşanır. Halbuki iki insan bir-biri ilə yola gedə bilmirsə, mədəni şəkildə ayrılmaq da mümkündür.

İnsanlar ayrıldıqdan sonra belə, ata və ana kimi birlikdə övladlarının tərbiyəsi ilə məşğul ola bilərlər. Amma bəzi hallarda kişi boşandığı qadını izləməyə davam edir, onun həyatına müdaxilə edir, kimlə danışdığına, hara getdiyinə nəzarət etməyə çalışır və nəticədə faciələr baş verir.”

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?