Modern.az

Hörmüz boğazı bütün gəmilər üçün açıqdır, lakin... - Araqçı

Hörmüz boğazı bütün gəmilər üçün açıqdır, lakin... - Araqçı

Dünya

Bu gün, 12:39

İranın xarici işlər naziri Abbas Araqçı Hörmüz boğazı ilə bağlı yeni açıqlama verib.

Modern.az-ın məlumatına görə, Araqçı bildirib ki, Hörmüz boğazı bütün ticarət gəmiləri üçün açıqdır, lakin onlar İranla əməkdaşlıq etməlidirlər.

Araqçı “Press TV”yə müsahibəsində Hörmüz boğazındakı vəziyyətlə bağlı deyib:

“Hörmüz boğazı hazırda hər şeydən çox ABŞ-ın təcavüzü və ona tətbiq edilən blokada səbəbindən zərər görür”.

O əlavə edib: “Bizim baxışımıza görə, Hörmüz boğazı bütün ticarət gəmiləri üçün açıqdır, lakin onlar bizim dəniz qüvvələrimizlə əməkdaşlıq etməlidirlər..

Biz heç bir maneə yaratmamışıq; bu, blokada tətbiq edən ABŞ-dır. Ümid edirəm ki, ABŞ tərəfindən tətbiq edilən bu qanunsuz blokadanın aradan qaldırılması ilə bu vəziyyət sona çatacaq”

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?