Modern.az

Bu təhsil proqramları yeniləndi

Bu təhsil proqramları yeniləndi

Mədəniyyət

Bu gün, 11:22

Xor, vokal və balaban ixtisasları üzrə tədris proqramları yenilənib

Modern.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən incəsənət məktəb və mərkəzlərində istifadə olunan tədris proqramlarının yenilənməsi istiqamətində işlər davam etdirilir.

Bildirilib ki, Mərkəz tərəfindən daha öncə fortepiano, violin, tar, kamança, qanun, qarmon ixtisasları üzrə tədris proqramları hazırlanıb.

Prosesin davamı olaraq xor, vokal və balaban sinifləri üçün tədris proqramları müasir tələblərə uyğunlaşdırılaraq yenilənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?