Modern.az

Ali məktəblərdə törədilən cinayətlər - STATİSTİKA

Ali məktəblərdə törədilən cinayətlər - STATİSTİKA

Ölkə

Bu gün, 12:35

2025-ci ildə Azərbaycanda cinayət törədən şəxslərin sayı azalsa da, qadın cinayətkarların sayında artım qeydə alınıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il ölkədə ümumilikdə 21 min 31 nəfər cinayət törədib. Bu, 2024-cü illə müqayisədə 6,5 faiz azdır.

Cinayət törədənlərin 19 min 694-ü kişi, 1337-si qadın olub. Kişi cinayətkarların sayı azalsa da, qadınlar arasında bu göstərici əvvəlki illə müqayisədə 8,3 faiz artıb.

Yaş bölgüsündə ən çox cinayət 30 və yuxarı yaş qrupunda qeydə alınıb. Bu kateqoriyada 15 min 450 nəfər cinayət törədib. 18-29 yaş aralığında 5103, 14-17 yaş arasında isə 478 nəfər cinayət törədən şəxs qeydə alınıb.

Cinayət törədənlərin böyük əksəriyyəti əmək qabiliyyətli olub işləməyən və təhsil almayan şəxslərdir. Belə ki, bu kateqoriyada olan 10 min 856 nəfər cinayət törədib. Bu göstərici ümumi cinayət törədən şəxslərin 51,6 faizini təşkil edib. Həmçinin ümumi orta və tam orta təhsilli 19 min 266 nəfərin cinayəti qeydə alınıb. Ali və orta ixtisas təhsilli cinayət törədənlərin sayı isə 1731 nəfər olub.
 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?