Modern.az

Netanyahunun gizli səfəri ilə bağlı təkzib yaydılar

Netanyahunun gizli səfəri ilə bağlı təkzib yaydılar

Dünya

Bu gün, 12:04

İsrailin Baş naziri Benyamin Netanyahu İranla müharibə günlərində Birləşmiş Ərəb Əmirliklərinə gizli səfər etdiyini və ölkə prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüş keçirdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. Lakin BƏƏ rəsmiləri yayılan məlumatları təkzib ediblər.

İsrail baş nazirinin ofisinin açıqlamasında bildirilib ki, görüş İsrail ilə BƏƏ arasında münasibətlərdə “tarixi irəliləyişə” töhfə verib.

Məlumata görə, İsrailin iki əsas kəşfiyyat xidmətinin rəhbərləri də İranın raket və pilotsuz uçuş aparatları ilə bağlı təhdidlərinə qarşı BƏƏ-nin müdafiə və hücum imkanlarını gücləndirmək məqsədilə ölkəyə gizli səfərlər ediblər.

Mənbələrin bildirdiyinə görə, Netanyahu ilə Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan martın 26-da Oman sərhədi yaxınlığındakı Əl-Əyn şəhərində görüşüblər. Görüşün bir neçə saat davam etdiyi qeyd olunub.

Lakin Birləşmiş Ərəb Əmirlikləri bu məlumatları “əsassız” adlandıraraq rəsmən təkzib edib.

BƏƏ Xarici İşlər Nazirliyinin WAM agentliyi vasitəsilə yayımladığı bəyanatda bildirilib ki, ölkənin İsraillə münasibətləri ictimai xarakter daşıyır və rəsmi şəkildə elan edilmiş “Avraam razılaşmaları” çərçivəsində qurulub.

“Buna görə də, BƏƏ hakimiyyət orqanları tərəfindən rəsmi şəkildə açıqlanmayan hər hansı gizli səfər və ya qeyri-rəsmi razılaşma barədə iddialar tamamilə əsassızdır”, - bəyanatda vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?