Modern.az

Ukrayna dronları Kurska hücum edib

Ukrayna dronları Kurska hücum edib

Dünya

Bu gün, 11:10

Rusiyanın Kursk şəhərində pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində səhiyyə sisteminə aid serverlərin yerləşdiyi binada yanğın baş verib.

Modern.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn məlumat verib.

Onun sözlərinə görə, Perekalski küçəsindəki binanın ikinci mərtəbəsində baş verən yanğın lokallaşdırılıb. Xəsarət alan olmayıb.

Xinşteyn texniki avadanlıqların zədələndiyini, mərkəzin əməkdaşlarının başqa binaya köçürüləcəyini bildirib.

Serverlərin zədələnməsi səbəbindən vilayətin səhiyyə informasiya sistemində müvəqqəti fasilələrin yaranacağı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?-