Modern.az

Dələ oyunu dəyişdi - VİDEO

Dələ oyunu dəyişdi - VİDEO

Dünya

Bu gün, 04:30

ABŞ-ın Detroyt şəhərində keçirilən beysbol oyunu zamanı gözlənilməz hadisə yaşanıb.

Modern.az xəbər verir ki, "Detroit Tigers" və "Baltimore Orioles" komandaları arasında keçirilən MLB qarşılaşmasının altıncı hissəsində qara dələ qəfil meydana daxil olub. 

Bu səbəbdən oyun bir neçə dəqiqəlik dayandırılıb. 

Meydana çıxan 10-dan çox əməkdaş heyvanı tutmağa çalışsa da, dələ dəfələrlə onlardan yayınıb. Hətta bəzi oyunçular da heyvanın tutulması üçün kömək ediblər.

Lakin hadisəni daha da maraqlı edən televiziya şərhçilərinin emosional reaksiyası olub. Aparıcı Ceyson Benetti dələnin qaçışını sanki həlledici idman epizodu kimi həyəcanla təqdim edib. Onun yumorla zəngin şərhləri sosial şəbəkələrdə qısa zamanda böyük maraqla qarşılanıb. 

Nəhayət, stadion əməkdaşları dələni təhlükəsiz şəkildə meydandan çıxarıblar və oyun bərpa olunub. Qarşılaşma "Baltimore Orioles"in 8:5 hesablı qələbəsi ilə başa çatsa da, azarkeşlərin yaddaşında ən çox meydanda yaşanan bu qeyri-adi hadisə qalıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan SƏRT REAKSİYA: Putindən İlham Əliyevə zəng - NƏ BAŞ VERİR?