Modern.az

Telegram-ın sahibi Rusiyada terrorçu elan edildi

Telegram-ın sahibi Rusiyada terrorçu elan edildi

Dünya

Bu gün, 16:38

Rusiyada Telegram platformasının qurucusu Pavel Durov terrorçular və ekstremistlər siyahısına daxil edilib.

Modern.az xəbər verir ki, Durovun adı Rusiya Maliyyə Monitorinqi Xidmətinin (Rosfinmonitorinq) terrorçular və ekstremistlər reyestrində yer alıb.

Bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Durova qarşı "terror fəaliyyətinə yardım" ittihamı irəli sürüldüyünü və onun barəsində beynəlxalq axtarış elan edildiyini açıqlamışdı.

Qeyd edək ki, Rusiyada bir müddət əvvəl Telegram platformasına giriş məhdudlaşdırılıb. Bundan başqa, şirkətə 100 milyon rubldan artıq məbləğdə cərimələr tətbiq edilib.

Kremlin sözçüsü Dmitri Peskov iyulun 27-də bildirib ki, Telegram-ın Rusiyada tam fəaliyyətinin bərpası ilə bağlı danışıqlar davam edir. Onun sözlərinə görə, şirkət nümayəndələri bu prosesdə kifayət qədər fəallıq göstərmirlər.

Telegram Rusiyada ən populyar mesajlaşma və sosial şəbəkə platformalarından biri hesab olunur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hikmət Hacıyev Tural Sadıqlıdan sonra onu da susdurdu - Gündəm Masada