Modern.az

Parisdə törədilən terror aktlarında şübhəli bilinən şəxs həbs edilib

 Parisdə törədilən terror aktlarında şübhəli bilinən şəxs həbs edilib

Dünya

18 Mart 2016, 22:02


Belçikanın Molenbek şəhərində Parisdə törədilən terror aktlarında əsas şübhəli bilinən Saleh Abdeslam həbs edilib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, o, həyata keçirilən irimiqyaslı terrora qarşı əməliyyat nəticəsində yaxalanıb.  

Bildirilir ki, S.Abdeslam hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmada yaralanıb.  

Xatırladaq ki, ötən ilin noyabrında Fransanın paytaxtı Parisdə törədilən bir neçə terror aktı nəticəsində 130 nəfər ölüb, 350 nəfər xəsarət alıb. 

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı