Modern.az

Sumqayıtda uşaqlar təhlükədədir - İcra hərəkətə keçdi  

Sumqayıtda uşaqlar təhlükədədir - İcra hərəkətə keçdi  

Hadisə

Bu gün, 16:44

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binalarının birində uşaqların öz həyatlarını təhlükəyə atdığını əks etdirən narahatedici görüntülər yayılıb.

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, hadisə şəhərin 14-cü məhəllə adlanan ərazisində qeydə alınıb.

Sakinlərin sözlərinə görə, azyaşlılar binanın fasadında yerləşən yanğın və mühafizə pilləkənlərinə çıxaraq yüksəklikdə təhlükəli oyunlar oynayırlar. Hər an faciə ilə nəticələnə biləcək bu mənzərə həm sakinlərin, həm də valideynlərin ciddi narahatlığına səbəb olub. 

Məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən konstruksiyalar təhlükəsizlik məqsədilə quraşdırılıb:

"Həmin yanğın pilləkənləri Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən quraşdırılır və onlara müdaxilə etmək, yaxud söküntüsünü həyata keçirmək İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil deyil. Bu binalar köhnə Sovet dövrünün memarlıq layihələridir və demək olar ki, şəhərdəki əksər analoji binalarda bu cür təxliyə pilləkənləri mövcuddur. Sökülməsi isə qeyri-mümkündür. Bununla belə, sakinlər tərəfindən qaldırılan məsələ artıq nəzarətə götürülüb və faktla bağlı müvafiq araşdırma aparılacaq".

İcra Hakimiyyəti valideynlərə müraciət edərək azyaşlıların nəzarətsiz buraxılmamasının vacibliyini diqqətə çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır