Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb.
Modern.az xəbər verir ki, "Bakupost"un məlumatına görə, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb.
Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.