Modern.az

Astarada qəza: 4 nəfər yaralandı, ata-oğulun vəziyyəti ağırdır

Astarada qəza: 4 nəfər yaralandı, ata-oğulun vəziyyəti ağırdır

Hadisə

19 Sentyabr 2026, 23:52

Astara rayonunun ucqar dağ kəndi Təxtənəkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, AZƏRTAC-ın məlumatına görə, Samid Həmidovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili qarşıdan gələn, Astara rayonunun Miki kənd sakini, 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyevin idarə etdiyi “Niva” markalı avtomobillə toqquşub.

Toqquşmadan sonra “Ford Transit” markalı yük avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində “Niva” markalı avtomobilin sürücüsü Gülağa Əliyev, sərnişinlər – sürücünün oğlu, Rinə kənd sakini, 1980-ci il təvəllüdlü Rüstəm Gülağa oğlu Əliyev, həmçinin Rinə kənd sakinləri, 2007-ci il təvəllüdlü Elvin Fərhad oğlu Əliyev və 2008-ci il təvəllüdlü Şəhram Rüstəm oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə hospitalizasiya ediliblər. Vəziyyətləri daha ağır qiymətləndirilən G.Əliyev və R.Əliyev reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlara dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı