Modern.az

Gəncədə dostunun toyunda "cavanlıq" edən həbs olundu

Gəncədə dostunun toyunda "cavanlıq" edən həbs olundu

Hadisə

Bu gün, 17:41

Gəncədə avtoxuliqanlıq edən şəxs həbs olunub.

Modern.az xəbər verir ki, hadisə şəhərin Mirzə Şəfi Vazeh küçəsində qeydə alınıb.

29 yaşlı Səbuhi Kərimov (şərti adla) özünə məxsus “VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətlərinə yol verib. Hadisə ilə əlaqədar o, saxlanılaraq, barəsində müvafiq protokol tərtib olunub.

S. Kərimov ifadəsində dostunun toy günündə etdiyi bu hərəkəti “cavanlıq” adlandırıb. Onun sözlərinə görə, avtomobili sağ-sol edərək yol hərəkəti qaydalarını pozub. O, əməlindən çox peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini deyərək, barəsində olan işə xitam verilməsini istəyib.

Məhkəmənin qərarı ilə S. Kərimov 15 gün müddətinə inzibati qaydada həbs edilib.

 

İlyas Turan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir