Modern.az

Qəzaya düşən ailə üzvlərindən ikisinin vəziyyəti orta ağırdır – YENİLƏNİB

Qəzaya düşən ailə üzvlərindən ikisinin vəziyyəti orta ağırdır – YENİLƏNİB

Hadisə

Bu gün, 10:24

Bakı-Qazax magistral yolunda qəzaya düşən 5 nəfərin 2-sinin vəziyyəti ağırdır.

Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Bakı-Qazax magistral yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (3 kişi, 2 qadın) 02.11.2026-cı il tarixində saat 06:00 radələrində Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. 

Zəruri tibbi yardım göstərilən pasiyentlərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onlardan ikisinin vəziyyəti orta ağır, üçünün vəziyyəti stabil qiymətləndirilir.

09:08

Bakı-Qazax magistral yolunun Goranboydan keçən hissəsində qəza olub.

Modern.az xəbər verir ki, “VAZ” markalı minik avtomobili idarəetmədən çıxaraq arxadan yük avtomobilinə çırpılıb.

Qəza zamanı avtomobildə olan ailənin 5 üzvü xəsarət alıb. pizza hut

Yaralılar dərhal xəstəxanaya çatdırılıb, hazırda onların vəziyyəti orta-ağırdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dünyanı dəhşətə gətirən XƏBƏRDARLIQ - İran nüvə silahıyla vurulacaq!