Goranboyda avtomobil piyadanı vuraraq öldürüb.
Modern.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Borsunlu-Rəhimli-Səfikürd avtomobil yolunda baş verib.
Belə ki, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Arzu Vəliyevi "Ford" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.