Modern.az

Xəzər dənizində yeni nadir canlılar TAPILDI

Xəzər dənizində yeni nadir canlılar TAPILDI

Hadisə

Bu gün, 18:45

Tədqiqatçılar Xəzərin Qazaxıstan və Azərbaycan sahillərində, həmçinin Volqa deltası və Vostoçnı Manıç çayında əvvəllər məlum olmayan iki xulu balığı növü aşkar ediblər: onlara Xəzər çömçəbaş xulu və İskit cırnıx xulu adları verilib.

Modern.az xəbər verir ki, Rusiya Elm Fondu (REF) qeyd edir ki, bu kəşf alimlərin Xəzər faunasının növ müxtəlifliyi və təkamülü barədə təsəvvürlərini əhəmiyyətli dərəcədə genişləndirir.

Alimlər Qazaxıstan sahillərində Benthophiloides caspius adlı yeni bir xanıbalığı növünü, onu yeməyə çalışan bir su ilanı ilə birlikdə ələ keçiriblər. Bu, olduqca nadir bir növ kimi müəyyən edilib. Belə ki, bioloqlar indiyədək Xəzər dənizinin bu sakinini cəmi iki dəfə tutub tədqiq edə biliblər. Tədqiqatçılar həmçinin aşkar ediblər ki, sözügedən növ uzun müddət ərzində Xəzər dənizindəki ən yaxın qohumlarından təcrid olunmuş şəkildə təkamül keçirib. Bu fakt onun dəniz faunasının növləşmə prosesindəki mühüm rolunu vurğulayır.

Öz növbəsində, Proterorhinus cinsinə aid yeni bir xanıbalığı növünün genom quruluşunun təhlili, bu balıqların Qara dənizdəki növləri ilə əlaqəsini üzə çıxarıb. Alimlər hesab edirlər ki, bu xüsusiyyət təxminən 2,1 milyon il əvvəl Qara və Xəzər dənizləri arasında mövcud olmuş qədim əlaqəni təsdiqləyir.

Buna görə də tədqiqatçılar yeni aşkar edilmiş növə Qara dəniz bölgəsinin əfsanəvi skiflərinə istinadən "skif" adını veriblər. Alimlər belə qənaətə gəliblər ki, bu dənizlərdəki balıqların daha ətraflı öyrənilməsi orada məskunlaşan orqanizmlərin təkamül tarixini və biocoğrafiyasını daha təfərrüatlı şəkildə bərpa etməyə kömək edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı