Modern.az

Şuşada avtomobil minaya düşdü - Yenilənib 1

Şuşada avtomobil minaya düşdü - Yenilənib 1

Hadisə

28 Sentyabr 2026, 22:02

İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində baş verən mina partlayışı zamanı xəsarət alan 47 yaşlı kişi sentyabrın 28-də saat 10:20-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, aparılan müayinələr zamanı pasiyentə təpə nahiyəsinin kəsilmiş yarası, L1 fəqərənin köndələn çıxıntısının minimal sınığı, döş sümüyünün xətti sınığı, bədənin müxtəlif nahiyələrində sıyrıqlar və sağ yuxarı ətrafda I dərəcəli yanıq diaqnozları təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyəti kafi qiymətləndirilir və müalicəsi Ümumi cərrahiyyə və orqan transplantasiyası şöbəsində davam etdirilir.

***
18:23

Şuşada mina partlayışı olub.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin mətbuat xidmətlərindən Modern.az-a daxil olan birgə məlumata görə, hadisə sentyabrın 28-də işğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində baş verib.

47 yaşlı Bakı şəhər sakini Bayramov Bəxtiyar Mirzə oğlunun keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə idarə etdiyi avtomobil tank əleyhinə minaya düşüb. Hadisə zamanı Bayramov Bəxtiyar müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

Whatsapp
Bizə yazın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz