Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən Yaqub Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib.
Modern.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Kalinin Rayon Məhkəməsində keçirilən iclas zamanı Y. Süleymanov ev dustaqlığına buraxılmasını istəsə də, məhkəmə onun həbsinə qərar verib.
Xatırladaq ki, Yaqub Sülemymanovun Sankt-Peterburq şəhərində, qadın sığınacağının qarşısında keçmiş arvadını öldürməsi barədə xəbər vermişdik.