Modern.az

Bu ölkə 14 il sonra Suriyada səfirlik açır

Bu ölkə 14 il sonra Suriyada səfirlik açır

Dünya

Bu gün, 22:18

Polşa 14 illik fasilədən sonra Suriyadakı səfirliyinin fəaliyyətini bərpa etməyə hazırlaşır.

Modern.az xəbər verir ki, bu barədə Polşanın “RMF FM” radiostansiyası məlumat yayıb.

2012-ci ildə Suriyada baş verən hərbi əməliyyatlar səbəbindən Polşa səfirliyinin əməkdaşları ölkədən təxliyə edilmişdi.

“Polşalı diplomatlar 14 ildən sonra Suriyaya qayıdırlar. Yanvar ayında ölkənin paytaxtı Dəməşqdə Polşa səfirliyinin açılması planlaşdırılır”, – deyə məlumatda bildirilib.

Hazırda Polşanın nümayəndəsi artıq Dəməşqdədir. O, səfirliyin uzun müddət istifadəsiz qalmış binasını əməkdaşların qəbuluna hazırlayır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır