ABŞ-ın baş prokuroru və ədliyyə naziri Todd Blanş son bir neçə aydır ölkənin paytaxt dairəsində yerləşən hərbi bazanın ərazisində yaşayır.
Modern.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Telekanal Blanşın yaşayış yerini dəyişməsinin səbəbləri barədə məlumat verməyib. Onun məskunlaşdığı hərbi bazanın dəqiq yeri də açıqlanmayıb.
Qeyd edək ki, Todd Blanş ABŞ administrasiyasının hərbi obyektlərdə yaşayan yeganə yüksəkvəzifəli rəsmisi deyil. Ondan əvvəl müdafiə naziri Pit Heqset və dövlət katibi Marko Rubio da Vaşinqtondakı hərbi bazalardan birinə köçüblər.
Bundan əlavə, maliyyə naziri Skott Bessent də bu yaxınlarda hərbi obyektin ərazisində yaşamağa başlayıb. Məlumata görə, buna səbəb onun İran tərəfindən təhdidlər almasıdır.