Modern.az

Kraliça polkovnik-leytenant rütbəsi aldı

Kraliça polkovnik-leytenant rütbəsi aldı

Dünya

Bu gün, 21:22

Niderland kraliçası Maksima hərbi hazırlıq kursunu başa vurduqdan sonra quru qoşunlarının ehtiyatda olan polkovnik-leytenantı rütbəsinə yüksəlib.

Modern.az xəbər verir ki, bu barədə Niderland Kral Sarayının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, kraliça qərargah zabiti kimi xidmət edəcək.

Məumata görə, Maksima quru qoşunlarının komandanı general-leytenant Yan Svillens qarşısında hərbi and içib və quru qoşunlarının polkovnik-leytenantı rütbəsini alıb.

Mərasim Breda şəhərindəki hərbi akademiyada keçirilib.

Xatırladaq ki, ilin əvvəlində kraliça Maksimanın ölkənin silahlı qüvvələrində ehtiyatda olan hərbçi kimi xidmətə başlayacağı açıqlanmışdı.

Niderlandın Müdafiə Nazirliyi kral ailəsi üzvünün hərbi xidmətə qoşulmasının vətəndaşların hərbi karyeraya və ehtiyatda xidmətə marağının artmasına təkan verəcəyinə ümid etdiyini bildirmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır