Balakəndə avtoxuliqanlıq edən sürücü həbs olunub.
Modern.az xəbər verir ki, hadisə Qazma kəndində qeydə alınıb.
38 yaşlı Allahverdi Rzayev (şərti adla) “VAZ-2106” markalı avtomobilin arxasına kəmər bağlayaraq, “Jeep Wrangler” markalı dartmaq istəyib. Bu zaman “VAZ-2106”nın təkərləri yüksək səslə asfalta sürtülsə də, “Jeep” yerindən tərpənməyib. “Jeep”in sahibi isə həmin görüntüləri videoya çəkərək, tiktokda paylaşıb.
Fakt əsasında Allahvedi Rzayev saxlanılaraq, barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
Rzayev ifadəsində sözügedən videonun tiktokda paylaşmasından gec xəbər tutduğunu və əməlindən peşman olduğunu deyib. Buna görə də o, barəsində qanuni qərar çıxarılmasını xahiş edib.
Məhkəmənin qərarı ilə A. Rzayev 15 gün müddətinə inzibati qaydada həbs edilib.
İlyas Turan