“Mançester Yunayted” argentinalı mütəxəssis Maurisio Poçettinonun komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Tərəflər 2029-cu ilə qədər müqavilə imzalayıblar. Poçettino noyabrın 18-dən etibarən İngiltərə klubunda vəzifəsinin icrasına başlayacaq. O vaxtadək isə ABŞ millisindəki fəaliyyətini başa çatdıracaq.
Qeyd edək ki, argentinalı mütəxəssis daha əvvəl İngiltərənin “Sauthempton”, “Tottenhem” və “Çelsi” klublarına rəhbərlik edib. ABŞ millisi ilə 2026-cı il dünya çempionatında iştirak edən Poçettino komandasını 1/8 final mərhələsinədək irəlilədib.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının (İPL) 10-cu turunda “Aston Villa” ilə 4:4 hesablı heç-heçə edib. “Old Trafford” stadionunda keçirilən görüşdən sonra “qırmızı şeytanlar” 8 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb və aşağı liqaya düşmə zonasındadır.
“Mançester Yunayted” ötən mövsüm İngiltərə çempionatını 71 xalla üçüncü pillədə başa vurub. Çempion “Arsenal” isə 85 xal toplayıb.
Xatırladaq ki, klubun bundan əvəvki baş məşqçisi Maykl Kerrik istefaya göndərilib.