Modern.az

Zelenskini Moskvaya dəvət etmişik, o isə gəlmir - Rusiya XİN

Zelenskini Moskvaya dəvət etmişik, o isə gəlmir - Rusiya XİN

Dünya

Bu gün, 15:57

Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlar aparmaq üçün Moskvaya getməkdən imtina etməsi onun ciddi dialoqa hazır olmaması və ya Qərb ölkələrinin mövqeyi ilə bağlı ola bilər.

Modern.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin G20 və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev “RİA Novosti”yə müsahibəsində bildirib.

“Biz Volodimir Zelenskini dəfələrlə Moskvaya dəvət etmişik. O isə gəlmir. Görünür, ciddi söhbətə hazır deyil. Yaxud da Qərbdəki kuratorları ona icazə vermirlər”, – deyə diplomat bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Zelenskini danışıqlar aparmaq üçün Moskvada qəbul etməyə hazır olduğunu dəfələrlə bəyan edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da iki ölkə liderinin görüşünün mümkünlüyünü istisna etmədiklərini və Zelenski Moskvaya gələrsə, onun təhlükəsizliyinə təminat verməyə hazır olduqlarını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)