Modern.az

Putinin əfv etdiyi xəstə blogerdən ilk açıqlama 

Putinin əfv etdiyi xəstə blogerdən ilk açıqlama 

Dünya

Bu gün, 15:12

Rusiyalı məşhur bloger Valeriya Çekalina (Lerçek) Rusiya Prezidenti Vladimir Putin tərəfindən əfv edildikdən sonra ilk açıqlamasını verib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Noyabrın 14-də Vladimir Putin Valeriya Çekalinanın əfv olunması haqqında sərəncam imzalayıb. Bununla da bloger cəzadan azad edilib və məhkumluğu götürülüb.

Lerçek sosial şəbəkədə paylaşdığı videomüraciətdə ona dəstək olan hər kəsə təşəkkür edib.

O, ayrıca müraciətində Putinə şəxsən təşəkkürünü çatdırıb. Bloger bildirib ki, əfv qərarı onun üçün sadəcə hüquqi məsələnin həlli deyil, sevdiklərinin yanında olmaq və yaşamaq imkanı deməkdir.

Lerçeki bundan sonra həyatının ən böyük mübarizəsi – xərçəng xəstəliyinə qarşı mübarizə gözləyir. O, xəstəliyə qalib gələcəyinə ümid etdiyini vurğulayıb.

Blogerin vəkilləri Konstantin Tretyakov və Natalya Razumovskaya əfv qərarını “qələbə” adlandıraraq Putinə qərarı operativ qəbul etdiyinə görə minnətdarlıqlarını bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)