Modern.az

Moskva NATO qarşısında postsovet ölkələri ilə bağlı tələb qoydu

Moskva NATO qarşısında postsovet ölkələri ilə bağlı tələb qoydu

Aktual

Bu gün, 16:36

Rusiya nümayəndə heyəti Əbu-Dabidə Ukraynada müharibənin başa çatdırılması üzrə üçtərəfli danışıqların ilk günündə NATO-nun fəaliyyətinə bir sıra məhdudiyyətlər qoyulmasını tələb edib.

Modern.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” danışıqların iştirakçılarına istinadən məlumat yayıb.

Məlumata görə, Moskvanın tələbləri NATO-nun genişlənməsinin dayandırılmasını, 1997-ci ildən sonra alyansa qoşulan ölkələrdə hərbi mövcudluğunun azaldılmasını, həmçinin Ukrayna və digər postsovet dövlətləri ilə hərbi əməkdaşlığının məhdudlaşdırılmasını əhatə edir.

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti bu tələbləri ölkəsi üçün “təhlükəsizlik təminatları” ilə əsaslandırıb.

Rusiya tərəfi bildirib ki, söhbət Vladimir Putinin 2022-ci ilin qışında ABŞ-nin o vaxtkı prezidenti Co Baydenlə dialoqda irəli sürdüyü Avropanın təhlükəsizlik arxitekturasına dair təkliflərdən gedir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!