Modern.az

Klublararası dünya çempionatının yeri müəyyənləşdi

Klublararası dünya çempionatının yeri müəyyənləşdi

İdman

15 Fevral 2023, 12:50

2023-cü ilin dekabrında keçiriləcək klublararası dünya çempionatının yeri müəyyənləşib.

 

Modern.az xəbər verir ki, FIFA turnir təşkilatçılığını Səudiyyə Ərəbistanına həvalə edib.

 

Bu ölkə XXI əsrdə ilk dəfə irimiqyaslı turnirə ev sahibliyi edəcək.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2030-cu ildə baş tutacaq dünya çempionatına ev sahibliyi etmək iddiasındadır. Ölkə rəhbərliyi Yunanıstan və Misirlə birgə ərizə verməyi planlaşdırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!