Modern.az

Vahid forma qaydalarını pozanlar imtahan verə bilməyəcək - XƏBƏRDARLIQ

Vahid forma qaydalarını pozanlar imtahan verə bilməyəcək - XƏBƏRDARLIQ

Təhsil

Bu gün, 20:08

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov X–XI siniflərdə geyim qaydalarına əməl etməyən və dərslərdə iştirak etməyən şagirdlərə attestat verilməyəcəyini bildirib. Bu açıqlama bir sıra suallar doğurur.

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, indiyədək bəzi valideynlər vahid məktəbli forması qaydalarına əməl etməməyin övladlarının imtahan nəticələrinə təsir göstərməyəcəyini düşünürdülər.

“Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ümumi təhsil haqqında müvafiq sənədin olması vacibdir. Xüsusilə, IX sinfə qədər təhsil icbaridir. Buna görə də məktəbli forması qaydalarına əməl etməyən, eləcə də qiymətləndirilməsi aparılmayan şagirdlərə attestat verilməsi nəzərdə tutulmur. Bu məsələnin əvvəlcədən elan edilməsi isə valideynlər üçün bir xəbərdarlıqdır. Yaxşı olar ki, valideynlər indidən övladlarının gələcəyi barədə düşünsünlər.

DİM isə açıqlamasında hicab məsələsinin onlar üçün əhəmiyyət daşımadığını, bu səbəbdən həmin şəxslərin imtahanlara buraxılacağını bildirmişdi. Lakin bu, əvvəlki illərin məzunlarına və ya digər ölkələrin vətəndaşlarına aiddir. Çünki həmin şəxslər artıq attestatlarını alıblar. Onlar üçün belə bir məhdudiyyət nəzərdə tutulmur”, – deyə ekspert qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia