Modern.az

Millimiz İrəvanda Avropa çempionatına yollanacaq

Millimiz İrəvanda Avropa çempionatına yollanacaq

İdman

12 Aprel 2023, 11:02

Ağır Atletika üzrə Azərbaycan milli komandası İrəvanda keçiriləcək Avropa çempionatında iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu  barədə Azərbaycan Ağır Atletika Federasiyası məlumat yayıb. 

 

Bildirilib ki, Nazilə İsmayılova (45 kq), İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) İrəvanda keçiriləcək turnirə qatılacaq.

 

Qeyd edək ki, sözügedən turnir 15-23 aprel tarixlərində baş tutacaq.

Sizə yeni x var
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?