Modern.az

AFFA "Neftçi"ni CƏRİMƏLƏDİ

AFFA

İdman

29 Noyabr 2023, 13:41

AFFA İntizam Komitəsi "Neftçi" klubunu 1300 manat cərimələyib.

 

Modern.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ağ-qaralar" Premyer Liqanın XIV turunda "Araz-Naxçıvan"la matç (1:1) başa çatdıqdan sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat cərimələnib.

 

Görüşün 90+3-cü dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə paytaxt təmsilçisi 500 manat cərimə edilib.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV