Modern.az

Azərbaycan İraqı məğlub edib

Azərbaycan İraqı məğlub edib

İdman

Bu gün, 18:11

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millsi Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ikinci yoldaşlıq görüşündə qələbə qazanıb.

Modern.az-ın məlumatına görə, Ruy Jorjenin baş məşqçisi olduğu komanda İraqın müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş U-20-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasının heyətində Nicat Nərimanov və Şahin İbrahimov fərqləniblər.

Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"da keçirilən ilk oyun qolsuz bərabərliklə başa çatmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İrandan müharibə ANONSU: Dəhşətli hücum başlayır?