Modern.az

O da bürünc medal qazandı 

O da bürünc medal qazandı 

İdman

27 Yanvar 2024, 23:49

Azərbaycanın daha bir cüdoçusu Portuqaliyanın Odibelaş şəhərində keçirilən Qran-Pri turnirində medal qazanıb.

 

Modern.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Səid Mollayi bürünc medal uğrunda görüşdə özbəkistanlı Nurbek Murtozoyevə qalib gəlib.

 

Yığmanın digər üzvləri Rəşid Məmmədəliyev və Nurlan Osmanov (hər ikisi 73 kiloqram) isə turniri medalsız başa vurublar.

 

Qeyd edək ki, Qran-Pri turnirində bunadək Yaşar Nəcəfov (66 kiloqram) gümüş, Turan Bayramov (60 kiloqram) və Kamran Süleymanov (66 kiloqram) isə bürünc medalın sahibi olublar. Yarışa yanvarın 28-də yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!