Modern.az

"Neftçi"nin növbəti transferi 

"Neftçi"nin növbəti transferi 

İdman

23 Avqust 2024, 20:36

“Neftçi” daha bir transferini həyata keçirib.

 

Modern.az-ın məlumatına görə, “ağ-qaralar” seneqaləsilli ispaniyalı müdafiəçi Mustafa Seki heyətinə cəlb edib. 24 nömrəli formanı geyinəcək 28 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanılıb.

 

Həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynamağı bacaran M.Sek İspaniya “Barselona”sının müxtəlif yaş qrupu komandalarında, İtaliyanın “Latsio”, “Roma” və digər klublarında çıxış edib, Niderland və Portuqaliya komandalarında oynayıb. Sonuncu klubu “Portimonense” (Portuqaliya) olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu