Modern.az

"Real Madrid" UEFA Gənclər Liqasının qalibi oldu

"Real Madrid" UEFA Gənclər Liqasının qalibi oldu

İdman

21 Aprel 2026, 04:45

İspaniyanın "Real Madrid" klubunun futbolçuları UEFA Gənclər Liqasının (19 yaşa qədər oyunçular) final matçında Belçikanın "Brügge" komandasına penaltilər seriyasında qalib gəliblər.

Modern.az xəbər verir ki, oyun İsveçrənin Lozanna şəhərində keçirilib.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında İspaniya komandası 4:2 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, "Real Madrid" Gənclər Liqasını ikinci dəfə qazanıb. Madrid təmsilçisi ilk dəfə bu uğura 2020-ci ildə nail olmuşdu. Titulların sayına görə rekordçu is aktivində üç kubok olan "Barselona"dır.

Turnir 2013-cü ildən bəri keçirilir.

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ