Modern.az

"Qarabağ" Elvin Cəfərquliyevi satışa çıxardı

"Qarabağ" Elvin Cəfərquliyevi satışa çıxardı

İdman

21 Aprel 2026, 14:50

Bir neçə gün əvvəl Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyevlə bağlı mühüm qərar verilib. 

Modern.az xəbər verir ki, “Qarabağ” klubu millimizin üzvünü satışa çıxarıb.

Artıq bununla bağlı həm futbolçunun özünə, həm də menecerlərə məlumat verilib. “Qarabağ” yayda onu satmağa hazırdır. 

Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqları üçün əsas heyətdən uzaqlaşdırılıblar. (sportal.az)

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ