Modern.az

Azərbaycanda qarın hündürlüyü 15 santimetrə çatdı - Faktiki hava

Azərbaycanda qarın hündürlüyü 15 santimetrə çatdı - Faktiki hava

Ölkə

Bu gün, 09:56

Azərbaycanda yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Dağlıq ərazilərə qar yağıb, Xınalıq və Qrızda qar örtüyünün hündürlüyü 15 santimetrə çatıb.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 6-sı saat 09:00-a olan məlumatında bildirilib.

Gədəbəy, Kəlbəcər, Daşkəsən, Xızı, Şahdağ, Xınalıq, Qrız, Xaltan və Qusara, eləcə də Şahbuzun Biçənək və Kükü kəndlərinə qar yağıb. Qar örtüyünün hündürlüyü Qusarda 8, Xaltanda 6, Şahdağda 2, Xızıda 1 santimetr olub.

Ayrı-ayrı yerlərdə leysan xarakterli güclü yağış yağıb. Ən çox yağıntı Astarada qeydə alınıb – 39 millimetr. Şamaxıda 24, Qubada 19, Lənkəran, Ağdam və Beyləqanda 18 millimetr yağıntı düşüb. Yağıntının miqdarı Bakıda 6, Maştağada 5, Binə, Ələt və Sumqayıtda 3 millimetr olub.

Noyabrın 5-də şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Neftçala və Şahdağda 20, Mingəçevirdə 18, Şəmkirdə 16 metr/saniyəyə çatıb.

Daşkəsən, Şamaxı, Şahbuz, Qusar, Göygöl və digər ərazilərdə duman səbəbindən görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İrandan şok xəbərdarlıq - Hazır olun, vuracağıq!