Modern.az

Sərbəst güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayır

Sərbəst güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayır

İdman

Bu gün, 09:57

Azərbaycanın beş sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bu gün mübarizəyə start verir.

Modern.az xəbər verir ki, İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) xalça üzərinə çıxacaqlar.

Bundan əlavə, bu gün Azərbaycanın üç qadın güləşçisi bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) qitə birinciliyində üçüncü yeri tutmağa çalışacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Azərbaycanın yunan-Roma güləşi millisi komanda hesabında birinci olub. Qadınlardan isə Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!