Modern.az

“Borussiya Dortmund” 600-cü qələbəsini qazandı

“Borussiya Dortmund” 600-cü qələbəsini qazandı

İdman

Bu gün, 02:43

“Borussiya Dortmund” klubu Bundesliqanın 31-ci turunda öz meydanında “Frayburq” ilə qarşılaşıb.

Modern.az xəbər verir ki, dortmundlular görüşdə 4:0 hesabı ilə parlaq qələbə qazanıblar. Bu qələbə sayəsində komanda Bundesliqanın başa çatmasına üç tur qalmış UEFA Çempionlar Liqasına vəsiqəni təmin edib.

Qarşılaşma “Borussiya Dortmund” üçün iki cəhətdən əlamətdar olub. Belə ki, klub Bundesliqadakı 1000-ci oyununda 600-cü qələbəsini qazanıb.

Bu günün digər oyununda “Ştutqart” öz meydanında “Verder Bremen” ilə heç-heçə edib – 1:1.

Çempionluğunu artıq elan etmiş “Bavariya” 31-ci turda səfərdə “Maynts”ı 4:3 hesabı ilə məğlubiyyətə uğradıb. Komanda hesabda 0:3 geri olsa da, möhtəşəm geridönüş edərək oyunu qələbə ilə başa vurub.

Digər qarşılaşmalar isə aşağıdakı hesablarla başa çatıb:

“Leyptsiq” – “Union Berlin” – 3:1

“Volfsburq” – “Borussiya Mönxenqladbax” – 0:0

“Auqsburq” – “Ayntraxt Frankfurt” – 1:1

“Haydenhaym” – “St Pauli” – 2:0

“Köln” – “Bayer Leverkuzen” – 1:2

“Hamburq” – “Hoffenhaym” – 1:2

Otuz bir turdan sonra çempion “Bavariya”nın aktivində 82 xal var. “Borussiya Dortmund” 67 xalla ikinci, “Leptsiq” 62 xalla üçüncüdür. “Ştutqart” dördüncü, “Hoffenhaym” isə beşinci sırada yer alıb. Hər iki komandanın hesabında 57 xal var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək