Modern.az

PSJ Çempionlar Liqasının finalında

PSJ Çempionlar Liqasının finalında

İdman

7 May 2026, 01:06

UEFA Çempionlar Liqasında növbəti finalçı bəlli olub.

Modern.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda Fransanın PSJ klubu Almaniyada “Bavariya”nın qonağı olub. “Alyans Arena”da keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Komandaların ilk dueli PSJ-nin xeyrinə (5:4) başa çatdığından, Paris klubu iki görüşün nəticəsinə əsasən, finala yüksəlib.

Qeyd edək ki, mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək həlledici qarşılaşmada PSJ-nin rəqibi İngiltərə "Arsenal"ı olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı